BİR KİTABDAN DAHA ARTIQ
Bu nağılın
qəhrəmanı
odur.
Adı və obrazı ilə fərdi kitablar.
Sehrli dünyaya daxil ol ↗
Kiçik əllərdə.
Böyük dünyalar.
BİR QUTUDA ÜÇ SEVİNC
Hədiyyənin
öz hekayəsi var.
30 ₼
02 / RƏNGLİ MACƏRALAR
Bu dəfə
rənglədiyi
özüdür.
Fərdi rəngləmə kitabı + 6 karandaş + pozan + qutu.
Rəngləmə Boxunu seç ↗
Sevdiklərin üçün.
Sevgi ilə.
03 / BİR SƏHİFƏ AÇ
Bir az da içinə bax.
Sürüşdürün. Hekayə vərəqlənsin.
Mövcud kitabın PDF-indən nümunə.
Kitabın hazırlanma hekayəsi
Nümunə kitabın hazırlanmasını göstərən illüstrasiya: ad və foto fərdi kitaba çevrilir. Müştəri əvvəl PDF-ə baxır və təsdiqləyir, sonra beh ödəyir. Kitab çap edilir, hədiyyə kimi qablaşdırılır və çatdırılır. Bu, real sifariş və ya ödəniş statusu deyil. Sürüşdürmə ilə davam edin; bu səhnə fokusda olduqda sağ və sol ox düymələri ilə irəli və geri baxmaq da mümkündür.
Ağlında
qalmasın.
Standart və Premium kitabın fərqi nədir?
Hər ikisi 22 səhifədir və fərdi hekayə eynidir. Standart 49 AZN: nazik üzlük və səhifələr. Premium 69 AZN: karton üzlük və daha qalın, möhkəm səhifələr.
Kitabı çapdan əvvəl görə bilərəm?
Bəli. PDF-i əvvəl sizə göndəririk. Təsdiqinizdən sonra adətən məhsulun yarı qiyməti qədər beh alınır və çapa verilir.
Bir kitabda bir neçə uşaq ola bilər?
Bəli. Bir neçə uşaq və digər ailə üzvləri eyni kitabda yer ala bilər. Detalları və qiyməti əməkdaşımız dəqiqləşdirəcək.
Hazırlanma və çatdırılma necə olur?
PDF təsdiqindən sonra normalda 5 iş günü. Expargo haqqını biz, taksi və rayonlara poçt haqqını müştəri ödəyir. Fiziki mağazamız yoxdur.
Xatirə kitabı ilə nağıl kitabı eynidir?
Xeyr. Nağıl kitabı fərdi hekayədir. Xatirə kitabında real fotolar və istəyə uyğun mətnlər toplanır: 20–25 səhifə, 69 AZN.
Rəngləmə Boxuna nə daxildir?
Fərdi A4 rəngləmə kitabı, 6 rəngli karandaş, 1 pozan və hədiyyə qutusu. Dəst 30 AZN-dir.
SONRAKI SƏHİFƏ SƏNİNDİR
Gəl, onun
hekayəsini yazaq.
Birlikdə ona özəl bir hədiyyə hazırlayaq.
Instagram-da danışaq ↗@magicstory.az

